Qəbələdə qayda pozulan toy
11 noyabr 2021 15:31 (UTC +04:00)

Qəbələdə qayda pozulan toy

Üç kənddə toy sahibləri 1200 manat cərimələndilər - FOTO

Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Rayonun Aydınqışlaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Yavər Qarayev, Vitaliy Mancari və Telman Dabakov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.Məhkəmənin də qərarı ilə onların hər biri 400 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar