Tovuzda polis polkovniki qəza törətdi:  ölən var - FOTO  - YENİLƏNİB
08 avqust 2022 09:57 (UTC +04:00)

Tovuzda polis polkovniki qəza törətdi: ölən var - FOTO - YENİLƏNİB

Tovuzda baş verən qəzanı törədən şəxsin kimliyi məlum olub.

Lent.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.

Məlumatlara görə, o, idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

polis polkovniki Ədalət Sadıqov

***

saat 08:11

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KİA" markalı minik avtomobili Dondar Quşçu kənd sakini 1996-ci il təvəllüdlü Sadıqov Samir Zirəddin oğlunu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 4239
avatar

Oxşar yazılar