Toplum TV və Abzas Media işi: - İstintaq  yeni faktları   üzə çıxarır
17 fevral 2025 15:10 (UTC +04:00)

Toplum TV və Abzas Media işi: - İstintaq yeni faktları üzə çıxarır

Tolum TV, Abzas Media və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.

Qərb fondlarının rolu və maliyyə təminatı

Lent.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, həbsdə olan şəxslərin etirafları göstərir ki, Tolum TV, Abzas Media, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb.

Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.

Layihələrə kim rəhbərlik edib?

Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.

Akif Qurbanovun rolu və koordinasiya işləri

Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Tolum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də “Azadlıq” və “Amerikanın səsi” radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152

Oxşar yazılar

Həsən Kür

Gənc şair Həsən Kür intihara cəhd etdi

22 fevral 2025 , 21:00
Bakıda kişi doğum günündən sonra özünü asdı

Bakıda kişi doğum günündən sonra özünü asdı

22 fevral 2025 , 20:00
Binadan yıxılan azyaşlı sağ qaldı

Binadan yıxılan azyaşlı sağ qaldı

22 fevral 2025 , 19:25
Zaqatalada kişi özünü asdı

Zaqatalada kişi özünü asdı

22 fevral 2025 , 19:14
Naftalanda evdən meyit tapıldı

Naftalanda evdən meyit tapıldı

22 fevral 2025 , 19:06
İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO

İsrailin azad etdiyi terrorçu binadan yıxılıb öldü - VİDEO

22 fevral 2025 , 19:00
Bakıda narkotik aludəçilərinin meyitləri tapıldı

Bakıda narkotik aludəçilərinin meyitləri tapıldı

22 fevral 2025 , 18:29
Bakıda yas yasa QARIŞDI: kişi yeməkdən boğulub öldü

Bakıda yas yasa QARIŞDI: kişi yeməkdən boğulub öldü

22 fevral 2025 , 17:10