Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub.
Lent.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikintidə fəhlə işləyən 1987-ci il təvəllüdlü İsmiyev Emin Rövşən oğlunun bədəninin bir hissəsi uçqun nəticəsində beton konstruksiyanın altında qalıb.
Xilasedicilərinin çevikliyi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş xəsarətlərlə uçqun altından xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Tikintidə uçqun oldu, xəsarət alan var
Oxşar yazılar

Şəkidə restoranda ÖLÜM
20 avqust 2025 , 10:52
Qobustanda FACİƏ: balıqçılar torpaq uçqununun altında qaldı, biri öldü
20 avqust 2025 , 10:00
Dəmiryolunda qəza: ölən var
20 avqust 2025 , 09:57
Gəncədə ağır qəza, 4 nəfər xəsarət aldı
20 avqust 2025 , 00:30
Gədəbəydə ev yandı, tüstüdən zəhərlənənlər var
19 avqust 2025 , 23:43
Azərbaycanda qazi həbs edildi - 100 minlik dələduzluq
19 avqust 2025 , 23:06
Evin həyətində meyit tapıldı
19 avqust 2025 , 19:37