Ticarət mərkəzindən oğurluq edən tutuldu
03 iyul 2021 11:49 (UTC +04:00)

Ticarət mərkəzindən oğurluq edən tutuldu

İyunun 30-da Abşeron rayonu ərazisindəki ticarət mərkəzlərinin birindən 3416 manat dəyərində noutbuk, 4 ədəd kamera və videoproyektor oğurlanıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini C.Quliyev saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar