“Talış” şadlıq sarayındakı toy sahibinə baha başa gəldi
16 iyul 2021 17:59 (UTC +04:00)

“Talış” şadlıq sarayındakı toy sahibinə baha başa gəldi

Goranboyda şadlıq evində keçirilən toy məclisində nöqsan aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Goranboyda portalda qeydiyyatda olmayan “Talış” şadlıq sarayında toy keçirildiyi müəyyən edilib.

Onun sözlərinə görə, rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülərək restoran sahibi barəsində inzibati protokol tərtib edilib və o, 4000 manat cərimələnib.

# 2697
avatar

Mehman Nəbiyev

Oxşar yazılar