Sumqayıtda şüşə sexi yandı - VİDEO
03 aprel 2025 08:54 (UTC +04:00)

Sumqayıtda şüşə sexi yandı - VİDEO

 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verib.

Lent.az xəbər verir ki,bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2500kv.m olan şüşə məmulatları istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 200kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1844

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21