Sumqayıtda qadın evdən qızıl üzükləri oğurladı
13 iyun 2024 12:11 (UTC +04:00)

Sumqayıtda qadın evdən qızıl üzükləri oğurladı

0

İyunun 12-də Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində evlərin birindən 2 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3604

Oxşar yazılar