Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, martın 9-u saat 02 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış binasının 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.
İntiharın səbəbi məlum deyil.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
***
04:25
Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.
2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.
O hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.