Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.
Nəticədə "VAZ 2106" markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 28 yaşlı R.Allahverdiyev, "NİVA"nın sürücüsü Z.Cabbarov, sərnişini 53 yaşlı E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.
29 yaşlı E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Lent.az-a verdiyi məlumata görə, yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol qəzasının baş verdiyi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparmaqla bərabər, hərəkətin təhlükəsizliyi nəzarətdə saxlanılmaqla bərpa edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkətə daxil olub qarşıdan gələn Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində "VAZ 2106"nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "NİVA" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, 28 yaşlı Babək Hüseynov ölüb.
"VAZ2106"da olan digər sərnişin 29yaşlı Elçin Orucov isə xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.