Şadlıq sarayının sahibinə CİNAYƏT İŞİ AÇILDI
14 avqust 2021 14:49 (UTC +04:00)

Şadlıq sarayının sahibinə CİNAYƏT İŞİ AÇILDI

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən “Grand Palace” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün Ş. Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar