Sabirabadda 3 ay əvvəl  itkin düşən kişinin   meyiti tapıldı
20 may 2024 13:13 (UTC +04:00)

Sabirabadda 3 ay əvvəl itkin düşən kişinin meyiti tapıldı

Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkar edilib.
 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu ilin fevral ayında itkin düşən Sabirabad rayon sakini, 63 yaşlı Afət Abbasovun meyiti rayon ərazisindən keçən kanalda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar