Polisin güllələdiyi Vəkil Abdullayev
31 may 2021 15:20 (UTC +04:00)

Polisin güllələdiyi Vəkil Abdullayev

Rusiyada azərbaycanlını güllələyib öldürən polis tutuldu

Novosibirskdə 19 yaşındakı azərbaycanlı Vəkil Abdullayevi güllələyən 38 yaşlı yol polisi müfəttişi saxlanılıb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, polis əməkdaşına qarşı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Səhlənkarlıqla ölümə səbəb olmaq”) ilə ittiham irəli sürülüb. 

İstintaqdan verilən məlumata görə, mayın 28-i axşamı Novosibirsk yaxınlığındakı Moşkovo qəsəbəsində yol polisi müfəttişi şəxsiyyəti müəyyənləşdirmək üçün tutulan şəxsi xidməti maşına mindirib. Bu anda, saxlanılan şəxsin tanışı olan 19 yaşlı bir gənc polisə müdaxilə etməyə başlayıb.

Yol polisi müfəttişi gənci əlləri və ayaqları ilə döyməyə başlayıb, sonra xidməti tapançasını çıxarıb və tətiyi çəkib. Gənc azərbaycanlı başından güllə yarası alıb. O, mayın 30-da xəstəxanada vəfat edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3250

Oxşar yazılar

Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42
Samuxda 37 yaşlı kişini bıçaqladılar

Samuxda 37 yaşlı kişini bıçaqladılar

20 may 2025 , 23:07
Bakıda avtobusun şüşəsini sındıran  saxlanıldı - VİDEO

Bakıda avtobusun şüşəsini sındıran saxlanıldı - VİDEO

20 may 2025 , 22:13