Rayonda tapança  satmaq istəyəndə   tutuldu
01 dekabr 2023 19:54 (UTC +04:00)

Rayonda tapança satmaq istəyəndə tutuldu

Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qusar rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları nın keçiridiyi tədbir nəticəsində 39 yaşlı Eldar Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahati alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Oxşar yazılar