“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 19:36 (UTC +04:00)

“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var

İsmayıllıda avtomobil qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində baş verib.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar