Qonşusunu su tapançası ilə islatdı, məhkəməlik oldu
21 sentyabr 2024 17:06 (UTC +04:00)

Qonşusunu su tapançası ilə islatdı, məhkəməlik oldu

Kanadanın Ontario sakini Vendi Vaşik, təsadüfən qonşusuna oyuncaq tapançadan su püskürtdükdən sonra silahla hücum etməkdə ittiham olunur. Hadisə sentyabrın 1-də qadın uşaqları ilə həyətyanı sahədə manqal bişirən zaman baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Vaşikin sözlərinə görə, o, oynayan zaman təsadüfən ot biçən qonşunun sinəsinə su sıçradıb. Qadın dərhal üzr istəyib, lakin kişi əsəbiləşib, onun üstünə qışqırıb və “fiziki zorakılığın” qurbanı olduğunu söyləyərək polisə zəng edib.

Ontario əyalət polisi zəngə cavab verib və müəyyən edib ki, iki nəfər mübahisə edib, nəticədə onlardan biri “fiziki hücuma məruz qalıb”. Silah yalnız su tapançası olsa da, Vendi Vaşik ittiham olunub. Qadın polisin ittiham irəli sürməzdən əvvəl ona heç bir sual verməməsindən və su tapançasına baxmamasından təəccübləndiyini deyib.

Bu hadisə Vendi və onun ailəsinə ziyan vurub. Brant-Haldimand-Norfolk Katolik Rayon Məktəbi Şurasında təhsil köməkçisi kimi işləyən qadına iş həll olunana qədər işə qayıtmaq qadağan edilib. Məhkəmə sentyabrın 24-nə təyin olunduğu üçün ailə vəkillik xərcləri üçün pul toplamağa çalışır.

Polis sözçüsü hazırki mərhələdə məlumatın açıqlanmasının yersiz olduğunu əsas gətirərək, işin təfərrüatlarını şərh etməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar