Qəzaya uğrayan təyyarəmizlə bağlı yekun hesabat ilin sonunadək veriləcək
19 fevral 2025 10:04 (UTC +04:00)

Qəzaya uğrayan təyyarəmizlə bağlı yekun hesabat ilin sonunadək veriləcək

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin dekabrına qədər tamamlanacaq.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - TASS qeydi) tövsiyə olunan təcrübəsinin tələblərinə və standartlarına uyğun olaraq təhqiqat üzrə yekun hesabat bu ilin dekabr ayına qədər tamamlanmalıdır", - o vurğulayıb.

Nazir müavini əlavə edib ki, prokurorluq günahkarları axtarmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar