Qadınları şillələyən DANIŞDI:  "Bu mənim hobbimdir" - VİDEO  - YENİLƏNİB
11 fevral 2022 12:20 (UTC +04:00)

Qadınları şillələyən DANIŞDI: "Bu mənim hobbimdir" - VİDEO - YENİLƏNİB

Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Hüseynovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir.

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çoxlu sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər. İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur.

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: "Bu mənim hobbimdir". 

Qeyd edək ki, Ə. Hüseynovun yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı bildirilir.

***

Saat: 10:20

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, 29 yaşlı Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.

Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

***

Bakıda küçədə qıza əl qaldıran şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, həmin şəxsin paytaxtın Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib.

Polis tərəfindən saxlanılan Ə.Hüseynov törətdiyi əməldən peşman olduğunu bildirib. Həmçinin onun daha bir neçə qıza küçədə şillə vurması müəyyən edilib.

Qeyd edək ki, fevralın 5-də "İnşaatçılar" metrostansiyasının yaxınlığında naməlum şəxs 17 yaşlı qızın sifət nahiyəsinə şillə vurub. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb və ciddi qınağa səbəb olub.

Küçədə qızları vuran tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18930
avatar

Mehman Nəbiyev

Oxşar yazılar