Götürülən qəlyanlar
13 avqust 2021 13:19 (UTC +04:00)

Götürülən qəlyanlar

Onlayn üsulla qəlyan təklif edənlər saxlanıldılar-VİDEO

Bakının Nərimanov rayonunda onlayn yolla müştərilərə qəlyan təklif edən və yaşadığı evi qəlyanxanaya çevirən şəxslər saxlanılıblar.
 
Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, Nərimanov rayonunda karantin qaydalarını pozaraq onlayn yolla müştərilərə qəlyan sifarişi çatdıran şəxs saxlanılıb. Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törədərək sanitar-epidemioloji tələbləri pozan Rövşən Ağayev tutulub. Araşdırma zamanı onun qəlyan avadanlıqlarının onlayn yolla çatdırılmasını təşkil etdiyi məlum olub. Faktla bağlı Rövşən Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Rövşən Ağayev 8 sutka inzibati qaydada həbs edilib. 

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı yaşadığı evdə karantin qaydalarını pozaraq müştərilər qəbul edib onlara pul müqabilində qəlyan təklif edən paytaxt sakini Nurlan Hüseynov da saxlanılıb. Onunla birlikdə qəlyandan istifadə edən daha 3 şəxs də Polis İdarəsinə dəvət edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat cərimə ediliblər.

Yaşadığı evdən qəlyanxana kimi istifadə edən Nurlan Hüseynov barəsində də protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün toplanmış material Nərimanov rayon Məhkəməsinə göndərilib.

Bakıda evi qəlyanxanaya çevirən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2758

Oxşar yazılar

Gəncə sakinini başından butulka ilə vurdular

Gəncə sakinini başından butulka ilə vurdular

9 aprel 2025 , 22:08
Mövqelərimiz Gorus istiqamətindən  atəşə tutuldu

Mövqelərimiz Gorus istiqamətindən atəşə tutuldu

9 aprel 2025 , 21:05
Bakıda FACİƏ:  məktəbli qız hamamda boğulub öldü

Bakıda FACİƏ: məktəbli qız hamamda boğulub öldü

9 aprel 2025 , 19:46
Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12