Nəvələrinin gözü qarşısında  motosikletdə başından vuruldu -VİDEO
25 iyun 2024 18:48 (UTC +04:00)

Nəvələrinin gözü qarşısında motosikletdə başından vuruldu -VİDEO

Mersində 2 nəvəsi ilə motosiklet sürərkən silahla hücuma məruz qalan 56 yaşlı Salih Şahin başından güllə yarası alıb və ağır yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına anbaan düşüb.  

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə mərkəzi Toroslar rayonu, Alsancak məhəlləsi, Efrenk Kordonu küçəsində gündüz saatlarında baş verib.  

2 azyaşlı nəvəsi ilə motosikletlə hərəkət edən Salih Şahinə yaxınlaşan digər motosikletdəki şəxs silahla hücum edib. Tapançadan açılan atəş nəticəsində başından güllə yarası alan Şahinin motosikleti aşıb.

Motosikletdə olan Şahin və 2 nəvəsi yerə yıxılarkən, başında dəbilqə olan təcavüzkar sürətlə hadisə yerindən qaçıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları gəlib. Ağır yaralanan Şahin təcili yardımla Mersin Universiteti Xəstəxanasına aparılaraq müalicə alarkən, nəvələri xoşbəxtlikdən yara almadan xilas olublar.

Polis hücum edəni tutmaq üçün əməliyyata başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

Oxşar yazılar