Masallıda qanunsuz toy
11 mart 2021 16:07 (UTC +04:00)

Masallıda qanunsuz toy

Nəmər yazdıracaqdılar, cərimə yazıldı... - Daha bir məclisin qarşısı alındı

Masallıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edənlər cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə məxsus restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.

9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Mehman Nəbiyev

Oxşar yazılar