Naxçıvan atəş altında - Düşmənin  NÖVBƏTİ TƏXRİBATI
16 avqust 2021 10:32 (UTC +04:00)

Naxçıvan atəş altında - Düşmənin NÖVBƏTİ TƏXRİBATI

Avqustun 16-sı saat 9:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Mehman Nəbiyev

Oxşar yazılar