Narkotik əkib-becərən bacı-qardaş  tutuldu
10 iyun 2023 09:59 (UTC +04:00)

Narkotik əkib-becərən bacı-qardaş tutuldu

Ağdamda narkotiklərin kultivasiyası ilə məşğul olanlar saxlanılıb.

Lent.az xəbər verir ki, gecə saatlarında Ağdam rayon Polis Şöbəsinin əməkdaşları Sarıçoban kəndində əməliyyat keçiriblər. Nəticədə kənd sakini 53 yaşlı S. Həsənova yaşadığı evin həyətində qardaşı A. Babayevlə birlikdə narkotik tərkibli bitki əkib-becərdikləri məlum olub.

Aşkarlanan 156 ədəd ümumi təmiz çəkisi 69,300 kq olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkisi götürülüb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Hər ikisi şübhəli şəxs qismində tutulub, hazırda istintaq davam etdirilir.

# 2046
avatar

Mehman Nəbiyev

Oxşar yazılar