Narkotik çəkən sürücü postda tutuldu:  Görün nələr ortaya çıxdı
10 noyabr 2021 13:07 (UTC +04:00)

Narkotik çəkən sürücü postda tutuldu: Görün nələr ortaya çıxdı

Noyabrın 8-də saat 12 radələrində Masallı rayonu, Sərçuvar kəndi  ərazisindəki Yol Patrul Xidməti Alayının postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilib.

Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan tibbi müayinədən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunub və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnib.

M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Mehman Nəbiyev

Oxşar yazılar