Müştərilərə qəlyan satan sahibkarlar HAKİM QARŞISINDA
26 avqust 2021 12:45 (UTC +04:00)

Müştərilərə qəlyan satan sahibkarlar HAKİM QARŞISINDA

Lənkəranda qəlyan xidməti göstərən obyektlər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Mayak” otel-restoranda və rayonun Şirinsu kəndində yerləşən bir çay evində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb.

Karantin qaydalarının pozulduğu həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659
avatar

Mehman Nəbiyev

Oxşar yazılar