Məhkəmədən Rövşən Novruzoğlu ilə bağlı YENİ QƏRAR
11 sentyabr 2024 15:07 (UTC +04:00)

Məhkəmədən Rövşən Novruzoğlu ilə bağlı YENİ QƏRAR

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar açıqlanıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il dekabrın 19-da qəbul etdiyi hökmə əsasən, 6 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

Rövşən Vəliyev bundan əvvəl 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533
avatar

Oxşar yazılar

Sumqayıtda parkda  kişi meyiti  tapıldı

Sumqayıtda parkda kişi meyiti tapıldı

14 oktyabr 2024 , 22:26
32 dişi çıxarılan  qadının ürəyi dayandı

32 dişi çıxarılan qadının ürəyi dayandı

14 oktyabr 2024 , 19:59
Tarix Əliyev ÖZÜNÜ ASDI

Tarix Əliyev ÖZÜNÜ ASDI

14 oktyabr 2024 , 19:20
Qonşusunu öldürmək üçün  öz evini partlatdı 

Qonşusunu öldürmək üçün öz evini partlatdı 

14 oktyabr 2024 , 18:15
Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

Baş Prokurorluq hərbi komissarların həbsi barədə MƏLUMAT YAYDI

14 oktyabr 2024 , 15:45
Bakıda moped  oğurlandı

Bakıda moped oğurlandı

14 oktyabr 2024 , 14:47
Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

14 oktyabr 2024 , 14:08
Polis postunda maşınını yandıracağını  dedi, SAXLANILDI

Polis postunda maşınını yandıracağını dedi, SAXLANILDI

14 oktyabr 2024 , 13:55