Nişanın hazırki və əvvəlki halı
29 aprel 2022 18:45 (UTC +04:00)

Nişanın hazırki və əvvəlki halı

Maşınları dayandıqları yerdə nişan qoyub cərimələdilər - İDDİAYA RƏSMİ CAVAB

Sosial şəbəkədə avtomobillərin dayandığı zaman qadağanedici nişan quraşdırıldığı və dərhal hamısının cərimələndiyi barədə məlumat yayılıb.

Lent.az xəbər verir ki, iddialara əsasən, hadisə paytaxtın Yasamal rayonu, Naxçıvan (6-cı Paralelni) küçəsində qeydə alınıb. Paylaşımda bildirilib ki, avtomobillər küçədə dayandığı yerdə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları gəlib dayanma-durmanı qadağan edən nişan quraşdırıblar. Daha sonra isə dərhal nişanın qadağan etdiyi ərazidə dayanan avtomobilləri çəkərək protokol tərtib etməyə başlayıblar.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a iddiaların doğru olmadığını bildirib. Onun sözlərinə görə, orada əvvəldən də həmin nişan olub:

“İddia doğru deyil. Bildirim ki, nişan məhəllədaxili yolda quraşdırılmayıb. Orada əvvəllər də dayanma-durmanı qadağan edən nişan olub. Lakin sonradan yararsız hala salınıb. Bildiyiniz kimi həmin küçədə yol hərəkətinin təkmilləşdirilməsi işləri görülür. Bu çərçivədə nişan da yenilənib. Fotoçəkiliş də görülən işin hesabatı üçündür. İnzibati tənbeh tədbiri tətbiq etmək BNA inspektorlarına aiddir ki, onların da ayrıca geyimləri var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4214

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19
Azərbaycanlı qadının çürümüş meyiti  tapıldı

Azərbaycanlı qadının çürümüş meyiti tapıldı

20 avqust 2025 , 12:50
Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi  - Məhkəməlik oldu

Bu ölkədə azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu

20 avqust 2025 , 12:21