Lənkəranda çimərlikdən mina  tapıldı
29 may 2023 13:05 (UTC +04:00)

Lənkəranda çimərlikdən mina tapıldı

Lənkəranda dəniz kənarında mina tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, mina sakinlərin istifadə etdiyi çimərlik ərazisində aşkarlanıb. Dərhal aidiyyəti orqanlar məlumatlandırılıb və əraziyə cəlb olunublar.

Çimərlikdən istifadə edən sakinlər ərazidən uzaqlaşdırılıb. Görülən tədbirlərdən sonra mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə hərbi hissə olub. Yerli sakinlər bu tip hadisə ilə tez-tez qarşılaşırlar.

# 2244
avatar

Oxşar yazılar