Küçədə adam öldürən  Elşən Nəbiyevə hökm oxundu
01 iyul 2025 18:39 (UTC +04:00)

Küçədə adam öldürən Elşən Nəbiyevə hökm oxundu

Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən Elşən Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi keçirilən iclasda sənədlərin tədqiqinə başlanılıb. Məhkəmə  müdafiə tərəfinin ekspert  rəyi ilə bağlı vəsatətini təmin etməyib. Cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış zamanı Elşən Nəbiyevin 13 il 6ay azadlığdan məhrum edilməsini təklif edib. Zərərçəkmişin hüquqi  varisi təklif edilən cəzanın az olduğunu bildirib və  daha da ağırlaşdırılmasını xahiş edib.

Etibar Əliyev son sözündə bildirib ki, o cinayəti törədəndə anlaqsız olub: "Mən anlaqsız olmuşam. Özüm belə bilməmişəm. Qardaşınada keçmiş olsun deyirəm. Bıçaqlandıqdan sonra ona kömək etdiyim üçün indi vicdanım rahatdı".

Məhkəmənin hökmünə əsasən Elşən Nəbiyev 11 il 6 ay azadlığdan məhrum edilib.

Xatırladaq hadisə 2023-cü il dekabrın 27-si saat 2 radələrində baş verib. Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş ver verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşən Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Fidan Fərmanlı
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar