Koronavirus xəstəsi
10 dekabr 2020 16:12 (UTC +04:00)

Koronavirus xəstəsi

Koronavirus xəstəsi şəhərə girə bilmədi

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “Mercedes”markalı avtomobilin sürücüsünün COVID-19 xəstəsi olduğunu aşkar ediblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Goranboy rayon sakini karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, Mingəçevir şəhərinə daxil olmaq istəyərkən polislər tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan Mingəçevir şəhər sakini olan bir qadın da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Mehman Nəbiyev

Oxşar yazılar