Oğurlanan mal-qara
24 may 2021 11:28 (UTC +04:00)

Oğurlanan mal-qara

Kənddə oğurluq edən iki nəfər tutuldu - FOTO

Oğuzun Xaçmaz kəndində mal-qara oğurlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent,az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub. Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

# 1689
avatar

Mehman Nəbiyev

Oxşar yazılar