Kəlbəcərə qanunsuz keçmək istəyən iki qardaş saxlanıldı - FOTO
05 avqust 2021 10:30 (UTC +04:00)

Kəlbəcərə qanunsuz keçmək istəyən iki qardaş saxlanıldı - FOTO

Kəlbəcərin minalardan tam təmizlənməmiş ərazilərinə daxil olmaq istəyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, avqustun 2-də Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa və Habil Balaxanov qardaşlarını saxlayıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

Mehman Nəbiyev

Oxşar yazılar