Karantini pozub oyun zalı işlətdilər
16 dekabr 2020 15:28 (UTC +04:00)

Karantini pozub oyun zalı işlətdilər

Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi Yarəhməd Pənahov və  müştərilər saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Mehman Nəbiyev

Oxşar yazılar