Karantini pozanlar idman zalında yaxalandılar
24 mart 2021 13:26 (UTC +04:00)

Karantini pozanlar idman zalında yaxalandılar

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları 3-cü məhəllənin ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan  17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar