Karantini pozan çayxana aşkarlandı
15 mart 2021 11:48 (UTC +04:00)

Karantini pozan çayxana aşkarlandı

Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına riayət etməyən çayxana aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, aşkar edilən obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, onların hər birinə xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar