Balakəndə karantin pozan kafe
29 mart 2021 10:24 (UTC +04:00)

Balakəndə karantin pozan kafe

Kafe işlədən karantinə görə cərimələndi

Balakəndə karantin qaydalarını pozan kafe aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin  gecə saatlarında gizli  fəaliyyət göstərdiyi müəyyən edilib. Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Mehman Nəbiyev

Oxşar yazılar