İstirahət günləri 1000-ə yaxın adam toylara buraxılmadı
01 noyabr 2021 11:23 (UTC +04:00)

İstirahət günləri 1000-ə yaxın adam toylara buraxılmadı

Oktyabrın 30 və 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 196 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 139 şadlıq sarayında, 57 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 64 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Eyni zamanda 998 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib.

# 1143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar