Vətəndaş İnkişaf Partiyasının sədri, hazırda həbsdə olan Əli Əliyev yeni ittihamla məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, onun barəsində xüsusi ittiham qaydasında şikayət edilib. Şikayətə Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin icraatı ilə baxılacaq. Ə. Əliyev Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.
Onu Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov məhkəməyə verib.
Məhkəmənin ilk iclası mayın 2-də baş tutacaq.
Qeyd edək ki, R. Göyüşov sosial şəbəkələrdə yayılan intim videosu ilə gündəmə gəlmişdi.