İki kənddə toy edənlər cərimələndi
04 noyabr 2021 18:58 (UTC +04:00)

İki kənddə toy edənlər cərimələndi

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri E.Abdullayeva və V.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254
avatar

Mehman Nəbiyev

Oxşar yazılar