Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ
08 fevral 2025 17:57 (UTC +04:00)

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı prezidentə MÜRACİƏT ETDİ

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident  Mehriban Əliyevaya müraciət ediblər.

Lent.az-ın məlumatına görə, hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər.

Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər: "O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var". 

Hüquq müdafiəçiləri Prezident və Birinci Vitse Prezidentin onların müraciətinə dəfələrlə  diqqətlə yanaşdıqlarını və humanist münasibətin şahidi olduqlarını qeyd ediblər:  

"Sizdən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağınızı xahiş edirik".

Qeyd edək ki, Şahnaz Bəylərqızı "Toplum TV"nin cinayət işi ilə əlaqədar qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2446

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15