Qəbələdə pozuntu olan toy
12 oktyabr 2021 12:24 (UTC +04:00)

Qəbələdə pozuntu olan toy

Həyətində toy edənlər cərimələndi - FOTO

Qəbələdə fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yenikənd, Zalam və Nohurqışlaq kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Qayda pozuntularına görə toy təşkilatçıları Allahverdi İsmayılov, Əhmədiyyə Salahov və Etibar İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Mehman Nəbiyev

Oxşar yazılar