Göygöldə iki maşın toqquşdu:  xəsarət alanlar var
09 iyun 2025 02:05 (UTC +04:00)

Göygöldə iki maşın toqquşdu: xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar