Nazlı Gedik və itlərin qabağına atılan uşaq
26 may 2021 19:13 (UTC +04:00)

Nazlı Gedik və itlərin qabağına atılan uşaq

Görünməmiş QƏDDARLIQ: Azyaşlı uşağı itlərin qabağına atdı-VİDEO

Türkiyənin Kastamonu vilayətində ağlagəlməz hadisə yaşanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, şəhərin İsmayılbəy məhəlləsində bir kişi qonşunun 8 yaşlı oğlunu itlərin qabağına atıb. O, buna səbəb kimi uşağın dəcəllik etməsini gətirib.

Məlumata görə, azyaşlının anası Nazlı Gedik uşaq da yanında olmaqla evlərinin önündə qonşuları ilə söhbət edirmiş. Bu zaman digər qonşusu 8 yaşlı oğlanın qolundan sürüyərək it damının yanına aparıb və onu içəri atıb. Uşaq birtəhər içəridən çıxmağı bacarsa da, itlərin hücumuna məruz qalaraq, xəsarətlər alıb.

Həmin anlar isə yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.

Faktla bağlı polis orqanına müraciət edilib, araşdırma aparılır.

8 yaşlı uşaq itlərin qabağına atıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5313
avatar

Mehman Nəbiyev

Oxşar yazılar