Gəncədə şagirdlərin kütləvi zəhərlənmə səbəbi AÇIQLANDI  - YENİLƏNİB
07 oktyabr 2022 15:40 (UTC +04:00)

Gəncədə şagirdlərin kütləvi zəhərlənmə səbəbi AÇIQLANDI - YENİLƏNİB

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində oktyabrın 7-də saat 9:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

***
Saat: 13:20

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub. İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir

# 5616
avatar

Oxşar yazılar