Gəncədə evdə müğənni və rəqqasənin meyitləri aşkarlandı-FOTO -YENİLƏNİB
19 fevral 2023 18:16 (UTC +04:00)

Gəncədə evdə müğənni və rəqqasənin meyitləri aşkarlandı-FOTO-YENİLƏNİB

Daxili İşlər Nazirliyi müğənni Turxan Əliyev və rəqqasə Aytən Abdullayevanın Gəncədə evdə meyitlərinin aşkarlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, həmin şəxslərin yaxın qohumları 1 gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək həmin şəxslərin itkin düşməsi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində onların yeri müəyyən edilib, mənzilin qapısını açan polislər itkin düşən şəxslərin cansız bədənlərini tapıb. Hadisə yerinə şəhər Prokurorluğunun əməkdaşları dəvət olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

***

saat 14.15

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının Gəncə şəhəri, Atatürk prospekti, 164 ünvanında yerləşən kirayə evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17598
avatar

Oxşar yazılar