Gəncə Dövlət Universiteti məhkəməyə verildi -  SƏBƏB
22 iyun 2021 15:37 (UTC +04:00)

Gəncə Dövlət Universiteti məhkəməyə verildi - SƏBƏB

Gəncə Dövlət Universitetinə məxsus avtomobil cərimələnib.

Lent.az-ın məlumatına görə, universitetə məxsus avtomobil saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Zaur Hümbətovun icraatına verilib.

Xatırladaq ki, sözügedən maddə ilə GDU-nu 300 manat məbləğində cərimə oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

Mehman Nəbiyev

Oxşar yazılar