Saatlıda Araz çayında batan 18 yaşlı oğlanın meyiti tapılıb.
Lent.az xəbər verir ki, meyit batdığı yerdən 30 metr aralıda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sudan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.
***
18 :27
Saatlıda gənc oğlan Araz çayında batıb.
Lent.az-ın məlumatına görə, hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, Novruzlu kənd sakini, 18 yaşlı Zəka Qasımovun çayda batması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və axtarışlar davam etdirilir.(APA)