Təhlükəsizlik Xidməti azərbaycanlı "biznesmenləri"  tutdu
27 noyabr 2024 17:36 (UTC +04:00)

Təhlükəsizlik Xidməti azərbaycanlı "biznesmenləri" tutdu

Rusiyanlın Tver vilayətində etnik mütəşəkkil cinayətkar qrup üzvlərinin cinayət əməllərinin qarşısı alınıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Tver şəhərinin iki sakini, Azərbaycanda anadan olan 40 yaşlı Rüfət Əzimov və 38 yaşlı İsa Cəfərov yüzdən çox bir günlük şirkət yaradaraq, bunun sayəsində pulları nağdlaşdırıblar. Məlumata görə, onların bu fəaliyyəti 2018-2022-ci illəri əhatə edib. Nəticədə 36 cinayət hadisəsi törədiblər.

İstintaq müəyyən edib ki, azərbaycanlılar qeyri-qanuni bank əməliyyatları ilə, o cümlədən nəzarət edilən kommersiya təşkilatları vasitəsilə xüsusilə külli miqdarda vəsaitlərin nağdlaşdırılması ilə məşğul olublar. Dövlətə dəymiş ziyan müəyyənləşdirilir. Axtarış zamanı onların üzərindən müxtəlif texniki avadanlıqlar aşkar edilib. Tver Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əməliyyat materialları əsasında polis Rusiya Federasiyası Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsi (Ödəniş vasitələrinin qanunsuz dövriyyəsi, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 173.1-ci maddəsinin 2-ci hissəsi ilə (qanunsuz şirkət yaradılması, təkrar törədildikdə) cinayət işlərini araşdırır.

Onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107
avatar

Mehman Nəbiyev

Oxşar yazılar