Ermənilər Laçını artilleriya atəşinə tutdu - YENİ AÇIQLAMA
16 noyabr 2021 14:17 (UTC +04:00)

Ermənilər Laçını artilleriya atəşinə tutdu - YENİ AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5631
avatar

Mehman Nəbiyev

Oxşar yazılar