Dünən postlardan 203 maşın geri qaytarılıb - RƏSMİ
15 dekabr 2020 11:36 (UTC +04:00)

Dünən postlardan 203 maşın geri qaytarılıb - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi dekabrın 14-də sərt karantin rejimi ilə bağlı görülmüş işlərlə əlaqədar məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin sərtləşdirilməsi haqqında  müvafiq qərara əsasən, ötən gün ərzində Bakı-Quba yolunun 52-ci  km-də yerləşən karantin keçid postundan 18-i rayon, 21-i paytaxt istiqamətinə olmaqla 39, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 26-sı rayon, 32-si paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 38-i paytaxt istiqamətinə olmaqla 106 avtomobil geri qaytarılıb. 

Ümumilikdə 203 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Mehman Nəbiyev

Oxşar yazılar